Gözəllərin “selfie”si qalmaqala səbəb oldu- - Foto

gozellerin-selfiesi-qalmaqala-sebeb-oldu-
Oxunma sayı: 2581


“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, “Miss İsrail” Doron Matalon Miamidə keçirilən “Miss Universe” Gözəllik Yarışmasının hazırlıqları əsnasında bir selfi çəkib. Fotoda arxa tərəfdə kadra daxil olan livanlı gözəl Salym Greig ölkəsində tənqidlərə məruz qalıb. 

Livan gözəli soldan ikincidir 

2006-cı ildən bəri Livan və İsrail arasında yaşanan münaqişə səbəbindən livanlılar israilli gözəlin şəkilində ölkələrini təmsil edən Salym Greigin olmasına sərt reaksiya göstərib.

Reaksiyalara cavab verən Livan gözəli isə özünü müdafiə edib: ““Miss Universe” müsabiqəsinə  gəldiyim gündən bəri mənimlə bir neçə dəfə foto çəkdirmək istəyən İsrail gözəli ilə hər hansı bir mövzuda həmsöhbət olmamağa çalşırdım. Mən tam “Miss Yaponiya” və “Miss Sloveniya” gözəlləri ilə şəkil çəkdirərkən o da kadra daxil oldu”.

 Könül