Gözəllik kraliçası aclıqdan öldü - Fotolar

gozellik-kralicasi-acliqdan-oldu
Oxunma sayı: 859

2006-cı ildə “Saksoniya gözəli” seçilən Henriette Hömke həddindən artıq arıqladığı üçün ciddi sağlamlıq problemləri yaşayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər  verir ki, gözəllik kraliçası seçildiyi zaman 63 kq olan Hömke daha sonra arıqlamaq qərarına gəlib.

Dieta saxlamağa başlayan model gün ərzində olduqca az qida qəbul etməyə başlayıb. Vəziyyət o həddə çatıb ki, Hömkenin çəkisi 40 kiloqrama qədər düşüb.

Anoroeksiya xəstəliyinə (ölümünə arıqlamaq, kökəlməkdən qorxmaq – red) düçar olan gözəllik kraliçası daha çox yaşaya bilməyib.

Hömke 29 yaşında aclıqdan ölüb.