Gözəlovun vəzifəsini Zahidov icra edir - DİN-dən açıqlama

gozelovun-vezifesini-zahidov-icra-edir
Oxunma sayı: 1919

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası Ehsan Zahidova tapşırılıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə Report-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

“Həmin vəzifənin icrası mətbuat xidmətinin rəis müavini Ehsan Zahidova tapşırılıb”, - deyə, DİN-dən bildirilib.

Qeyd edək ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, DİN-in mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, nazirliyin fəxri fərmanı ilə təltif olunub.