Gözlənilən albom satışa çıxacaq

gozlenilen-albom-satisa-cixacaq
Oxunma sayı: 768

Tarkanın “Ahde Vəfa” adlı türk xalq müsiqilərindən ibarət albomu artıq hazırdır.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, albom martın 11-də musiqi sevərlərin ixtiyarına veriləcək.

Müğənni yeni satışa çıxacaq albomu barədə təəssüratlarını bölüşüb:

“Çox həyəcanlıyam. İllərdir ki, xalq musiqilərindən ibarət albom çıxarmaq arzusunda idim, bu arzumu reallaşdırdım. Xalq mahnılarını ifa edən bütün sənət dostlarıma təşəkkürümü bildirirəm. Bu mahnıların ürəyinizdə sevgi yaradacağına ümid edirəm”.

Qeyd edək ki, Tarkan Ankaradakı terrorda 28 nəfərin ölümü səbəbiylə albomunun çıxış tarixini dəyişmişdi

Xatırladaq ki, sənətçi yayda 10 bölgədə nəzər tutulmuş konsert proqramını da terror hadisələrinə görə ləğv etmişdi.