Yaxın illər ərzində inşası tamamlanacaq göydələnlər indidən dünya mediasının diqqətini özündə cəmləşdirib.
Maraqlı dizaynlara malik bu tikililərin bir çoxundakı mənzil və ofislər hətta indidən öz sahiblərini tapıb.
“Qafqazinfo” hazırda inşası planlaşdırılmış dünyanın 5 böyük layihəsini sizə təqdim edir:

“The Cobra Towers”
Bir-birinə sarılmış iki kobranı xatırladan qüllə Küveytdə inşa ediləcək. Tikintisi 2008-ci il üçün planlaşdırılsa da, maddi problemlərə görə gecikir. Binalar bir birinə sarılmış olduğu üçün inşaat işlərində ən böyük problem liftdir.

“Kingdom Tower”
Dubayda inşa edilən qüllə bitdiyi zaman dünyanın ən hündür tikilisi olacaq. Qüllənin hündürlüyünün 1 kilometrdən yüksək olması planlaşdırılır. 2019-cu ildə inşas yekunlaşacaq qüllədə lüks mənzillər, ofis və rəsədxana yerləşəcək.

“Agora Garden Tower”
İnşasına bu il başlanılacaq göydələnin maraqlı çertyoju ilk günlərdən dünyanın marağını özünə cəlb edə bilib. Belə ki, təbiətlə iç-içə olması planlaşdırılan tikilinin hər balkonunda bir bağça salınacaq. Bundan başqa, bina üçün lazım olan elektrik enerjisi də günəş və yağış suyundan əldə olunacaq.

“The Songjiang Hotel”
Otel Çində sıldırım qayalıqların içərisində inşa olunacaq. Bir hissəsi suyun altında, bir hissəsi isə yuxarıda olması planlaşdırılan otelin qarşısında təbii göl var. Bundan başqa, otelin tam mərkəzindən şəlalənin axması planlaşdırılıb.

“Suzhou Zhongnan Center”
Çində inşasına başlanılan digər bir layihənin dəyəri isə 4,5 milyard dollardır. 730 metr hündürlüyü olacaq mərkəzin inşasının 2020-ci ildə tamamlanacağı gözlənilir. Bu, Çinin ən yüksək 3-cü tikilisi olacaq.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər