Gözləri görməsə də, “Qarabağ”ın bütün ev oyunlarında iştirak edir... - Video

gozleri-gormese-de-qarabagin-butun-ev-oyunlarinda-istirak-edir
Oxunma sayı: 1381

Azərbaycan Peşəkar Futbol Liqasının yutub kanalında gözdən əlil “Qarabağ” azarkeşi Elgün Haqverdiyev haqqında süjet yayımlanıb.

“Qafqazinfo” xəbər verir ki, o, tanıdığı futbolçuların adlarını sadalayıb.

Elgün ən çox Şahruddin Məhəmmədəliyevin oyununu bəyəndiyini deyib.

“Çalışırıq ki, hər oyuna gedək. İstəyimiz də odur ki, həmişə “Qarabağ” qalib gəlsin. Elgünün görmə qabiliyyəti olmasa da, hissiyatı çox güclüdür”, - Elgünün əmisi Elgiz Haqverdiyev deyib.

Elgünün atası Xurşud Haqverdiyev oğlunun gözlərindəki problemin 15-16 günlüyündən olduğunu bildirib: “O vaxtdan bir valideyn kimi üzərimizə nə düşürsə, etdik”.