“Gözlәrinә baxaraq tәşәkkür etdim”

gozlrin-baxaraq-tskkur-etdim
Oxunma sayı: 962

Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində "Neftçi” doğma meydanında "Xəzər Lənkəran”ı 2-0 hesabı ilə məğlub edərək adını yarımfinal mərhələsinə yazdırıb.

“Qafqazinfo” xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov qarşılaşmanı şərh edib:

"Komandamdan razı qaldım. Əzmkarlıq göstədilər. Vurulan qoldan 3 saniyə qabaq qayda pozuntusu var idi. “Neftçi” ilk hissələrdən penalti üçün oynayırdı. Səhvlərimiz var, onların üzərində işləməliyik. Paltardəyişmə otağında futbolçularımız çoxu ağlayırdı. Azarkeşlərimizə və əziyyətimizə görə üzülürəm. Söz verirəm ki, qarşıdakı oyunlarda azarkeşlərimizi sevindirə biləcəyik.”

- Oyundan sonra baş hakimə yaxınlaşdınız. Nəyi müzakirə edirdiniz?

- Sadəcə, gözlərinə baxaraq təşəkkür etdim.

- Demək istəyirsiniz ki, komandanızı hakimlər yıxdı...

- Deməzdim. Amma, hakim səhvləri oldu. Buna aidiyyatı qurumlar baxıb qərar verəcək.

Elsevər