26-28 fevral tarixlərində baş tutacaq sərgidə müasir incəsənətin tanınmış nümayəndələrindən hesab olunan azərbaycanlı rəssamlar Niyaz Nəcəfov, Emin Əsgərov, Ramal Kazımov və Anar Hüseynzadə, eləcə də əfqan rəssam Reza Hazarenin əsərləri nümayiş olunacaq. Sözügedən rəssamların əl işləri YARAT Müasir İncəsənət Məkanının dəstəyi ilə sərgiyə təqdim edilib.
Sərginin açılışında dünyaca məşhur italyan tenor Alessandro Safina da çıxış edəcək. Safino Behzat Gerçekerin rəhbərliyi altında ENBE Orkestrasının müşayiətində Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i səsləndirəcək.
“Gözü yaşlı Xocalım” sərgisinin açılışına Türkiyə və Azərbaycandan olan siyasətçilər, mədəniyyət xadimləri dəvət olunub.
Könül
Son xəbərlər
Son Xəbərlər