Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalovanın başına iş gəlib.
“Qafqazinfo” xəbər verir ki, ifaçı yaralanıb, onun qaşına 7 tikiş qoyulub.
“Yaralandım... Allah qorudu. Veriləcək sədəqəm var imiş. Gözümü itirə bilərdim, daha ağır nəticə ola bilərdi. Bu günə şükür”, - deyə o, instaqramda yazıb.
Zeynalova qeyd edib ki, bu səbəbdən martın 3-nə planlaşdırılan konserti ayın 17-nə keçirilib.

Son xəbərlər
Son Xəbərlər