“Grammy”dəki nominasiyalarından imtina etdi

grammydeki-nominasiyalarindan-imtina-etdi
Oxunma sayı: 1724

Drake səhnə təxəllüsü altında çıxış edən kanadalı reper Obri Dreyk Qrem “Grammy” musiqi mükafatının nominasiyalarından imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Variety” nəşri təşkilatçılara istinadən yazıb.

Jurnalın yazdığına görə, ifaçı “Ən yaxşı rep albom” və “Ən yaxşı rep ifa” nominasiyalarına namizədlərdən biri idi.

Reperin nümayəndələri məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Qeyd edək ki, 64-cü “Grammy” mükafatlandırma mərasimi 2022-ci il yanvarın 31-də Los-Ancelesdə keçiriləcək. Musiqiçilər ümumilikdə 85 nominasiya uğrunda mübarizə aparacaqlar.