“Grand Hospital”dan hemofiliyalı xəstələrə ödənişsiz xidmət - Video + Foto

grand-hospitaldan-hemofiliyali-xestelere-odenissiz-xidmet
Oxunma sayı: 2083

Azərbaycanın “Grand Hospital” Klinikası ilə Hemofiliyalı xəstələrin Respublika Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

"Qafqazinfo" xəbər verir ki, sənədə əsasən klinika hemofiliyalı xəstələrə təmənnasız xidmət göstərəcək.

Əməkdaşlıq layihəsinin rəhbəri, “Grand Hospital”ın pediatr-allerqolu və xarici əlaqələr üzrə baş həkim müavini İlahə Həsənli açıqlamasında bildirib ki, klinikanın memorandumu imzalanmasına səbəb müxtəlif xəstəliklərdən əziyyət çəkən pasientlərə dəstək göstərməkdir: “Klinikamız tərəfindən hemofiliyalı xəstələrin həkim qəbulu, müəyyinəsi tamami ilə pulsuz aparılacaq. Digər labarator və instrumental müəyinələr xüsusi güzəştlərlə həyata keçiriləcək. Biz, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların dəstəkçisi olduğumuzu göstərməyə və onlara təmənnasız yardım əlimizi uzatmağa hazırıq. İlk olaraq hemofiliyalı xəstələrdən başladıq. Ümid edirik ki, layihəmiz bu xəstəliklə mübarizə aparan şəxslər üçün faydalı olacaq”.

Əməkdaşlıq memorandumu 2018-ci ilin sonunadək qüvvədə olacaq. Lakin müqavilənin hər il uzadılacağı planlaşdırılır.

Məlumat üçün bildirək ki, hemofiliya qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir. Xəstəlik zamanı oynaqlaraəzələlərə və daxili orqanlara öz-özünə zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxma baş verir.

Xatırladaq ki, "Grand Hospital" 12 mərtəbədən ibarət korpusa malik, respublikanın ən böyük özəl tibb mərkəzi olaraq, sağlam işçi heyəti, müasir avadanlıqları ilə tibbin bir çox sahələri üzrə fəaliyyət  göstərir.

Əlaqə:

1117
+99412 599 1117 
Ünvan: Ünvan: Həsən Əliyev, 38

[email protected]

Facebook @GrandHospitalBaku

Instagram @grand_hospital

www.grandhospital.az