“Grand Princess”də 21 nəfərdə koronavirus tapıldı

grand-princessde-21-neferde-koronavirus-tapildi
Oxunma sayı: 1560

Kaliforniya sahillərində “Grand Princess” kruiz laynerində 21 nəfərdə koronavirus aşkarlanıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens Vaşinqtonda mətbuat konfransı zamanı açıqlayıb.

“Grand Princess”in göyərtəsində 54 ölkədən 2422 sərnişin və 1111 ekipaj üzvü daxil olmaqla, ümumilikdə 3533 nəfər var.