GUAM-dan Gürcüstana ciddi dəstək

guam-dan-gurcustana-ciddi-destek
Oxunma sayı: 640

Trend-in məlumatına görə, görüşdə nazirlər Gürcüstanın Cənubi Osetiya regionunda baş tutan de-fakto qondarma prezident seçkiləri ilə bağlı siyasi bəyanat veriblər. Nazirlər Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsini bəyan ediblər və bu yaxınlarda Cənubi Osetiya ərazisində baş tutan seçkiləri legitim və hüquqi qüvvəyə malik hesab etmədiklərini bildiriblər.

2008-ci il avqustun 8-nə keçən gecə tanınmamış "Cənubi Osetiya respublikası"nda irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçiləri Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun sonlarında Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq, Tbilisi Moskva ilə diplomatik münasibətləri pozub və iki tanınmamış respublikanı işğal olunmuş ərazi elan edib.