Ağsu sakini avtomobilin bortu ilə kuzovun arasında qalıb ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə dünən Ağsu rayonunda baş verib. Rayonun Ağabəyli kənd sakini 1990-cı il təvəllüdlü Hikmət Piriyev həmkəndliləri ilə birlikdə İsgəndər Kərimovun idarə etdiyi “Tatra” markalı, 06-AC-174 dövlət qeydiyyat nişanlı yük avtomobilinə gübrə yığmaq məqsədilə “Aqrolizinq” ASC-nin Qobustan regional nümayəndəliyinin Ağsu rayonu ərazisində yerləşən filialının anbarına gedib.
Avtomobilin yük yerinə gübrə kisələrini yükləyib qurtardıqdan sonra bort bağlanılan zaman H. Piriyev bortla kuzovun arasında qalıb və baş nahiyəsindən aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlayıb.
Son xəbərlər
Son Xəbərlər