Gücləndirilmiş iş rejimi 2 gün uzadıldı

guclendirilmis-is-rejimi-2-gun-uzadildi
Oxunma sayı: 750

Dövlət Avtomobil Nəqliyyatı Xidməti respublikanın 60 avtovağzal və avtostansiya şəbəkəsində gücləndirilmiş iş rejimini yanvar ayının 5-nə qədər uzadıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə xidmətin mətbuat katibi Nuridə Allahyarova məlumat yayıb.

O qeyd edib ki, bu addım bayramda regionlarda dincəlməyə həftəsonuna qədər davam edən sərnişinlər üçün atılıb: 

“Bir daha xahiş edirik ki, biletlərinizi avtovağzallarımızın kassalarından əldə edəsiniz. Əks halda qeyri-qanuni daşımalar icra edən işbazların qeyri-peşəkar sürücüləri ilə müşayət olunacaq səfərinizin yol-nəqliyyat hadisəsi ilə nəticələnməsinə dair risk yüksəkdir. Yolunuz açıq olsun!”