Güclü dalğalar gəmidən 40 konteyner aşırdı - Video

guclu-dalgalar-gemiden-40-konteyner-asirdi
Oxunma sayı: 782

Güclü külək və dalğalar səbəbindən Çindən Avstraliyaya yola çıxan yük gəmisindən 40 konteyner suya düşüb.

"Qafqazinfo" xəbər verir ki, hadisə ilə bağlı görüntülər Avstraliya Dəniz Təhlükəsizliyi İdarəsi (AMSA) tərəfindən yayımlanıb.

Çinin Ninbo limanından Avstraliyanın Melburn limanına gedən Sinqapur bayraqlı "APL England" adlı yük gəmisi Sidney yaxınlığında hərəkətdə olarkən güclü külək və dalğalarla tuş gəlib. Nəticədə yük gəmisindən 40 konteyner dənizə düşüb, 73 konteyner isə zərər görüb. Gəminin 24 mayda Melburn limanına çatdığı bildirilib.