Güclü isti olacaq - Xəbərdarlıq

guclu-isti-olacaq
Oxunma sayı: 1295

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda havanın temperaturunun qalxacağı haqda xəbərdarlıq yayıb.

Nazirlikdən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, Bakıda və Abşeron yarımadasında avqustun 05-dən birinci ongünlüyün sonunadək havanın maksimal temperaturunun 35-39,  bəzi günlərdə 41 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında avqustun 05-dən birinci ongünlüyün sonunadək hava şəraitinin isti olacağı, havanın maksimal temperaturunun  35-40, bəzi günlərdə Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarında 43, dağlıq rayonlarda  isə  29-34 dərəcə isti olacağı gözlənilir.