Güclü külək 160 abonenti qazsız qoydu

Güclü külək 160 abonenti qazsız qoydu
Oxunma sayı: 2165

Ötən gecədən müşahidə edilən güclü külək paytaxt Bakıda 160 abonenti qazsız qoyub.

“Qafqazinfo” bildirir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov sosial şəbəkə hesabında məlumat verib. 

“Mayın 17-də saat 12:00 radələrində Binəqədi rayonunda güclü kulək ağacı 76 mm diametrində qaz xəttinin üzərinə aşırıb. Qaz xətti deformasiyaya uğrayıb. Müvəqqəti olaraq 160 abonentin qaz təchizatı dayandırılıb”, - “Azəriqaz”ın sözçüsü yazıb.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi