Güclü küləyin Bakıda törətdiyi fəsadlar - Fotolar + Yenilənib

guclu-kuleyin-bakida-toretdiyi-fesadlar
Oxunma sayı: 8691

Ölkə ərazisində davam edən güclü külək daha bir fəsad törədib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Bakının Bibiheybət qəsəbəsində “Jurnalistlər evi” deyilən ərazidə baş verib.

Belə ki, mənzillərdən birinin eyvanının dəmir qoruyucusu yerindən çıxaraq, yaxınlıqda park olunmuş avtomobilin üzərinə düşüb. Nəticədə nəqliyyat vasitəsinə ciddi zərər dəyib.

**

Daha bir hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. 

"Qafqazinfo"nun məlumatına görə, rayonun Təbriz küçəsində ağac aşıb. 

**

Paytaxtın Nizami küçəsində isə güclü külək nəticəsində ağac avtomobilin üzərinə aşıb. Nəticədə nəqliyyat vasitəsinə zərər dəyib. 

**

Daha bir hadisə "İçərişəhər" metrostansiyası yaxınlığında qeydə alınıb. Burada da güclü külək ağacı aşırıb.

**

Qaradağ rayonunun Lökbatan qəsəbəsində güclü külək işıq dirəyini iki hissəyə bölüb.