Güclü külək Bakıda ağacı aşırdı, tıxac yarandı - Foto

guclu-kulek-bakida-agaci-asirdi-tixac-yarandi
Oxunma sayı: 2685

Müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar S.Əsgərova küçəsində yol kənarındakı ağac aşıb.

"Qafqazinfo" bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) məlumatında deyilir. 

Qeyd edilir ki, nəticədə yolda nəqliyyat vasitələrinin hərəkətində maneə yaranıb.

BNA vətəndaşlara küləkli hava şəraitində avtomobillərini ağacların altında park etməmələrini tövsiyə edir.