Güclü külək Bakıda 30-a yaxın ağacı aşırıb - Video + Yenilənib

guclu-kulek-bakida-30-a-yaxin-agaci-asirib
Oxunma sayı: 4173

Dünən günün ikinci yarısından başlayaraq, bütün gecə ərzində davam edən güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində 15 ədəd ağaca ziyan dəyib. 

Bu barədə “Qafqazinfo”ya Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Rəsmi məlumata görə, Birliyin əməkdaşları tərəfindən ziyan dəymiş ağacların 4-nün sınmış hissələri budanıb, 11 ədəd ağac isə kəsilərək görürülərək ərazi təmizlənib. 

Sözügedən hallar əsasən, paytaxtın Xətai rayonu Məzahir Rüstəmov 26, Xətai Rüstəmov küçəsi, Nizami rayonu Çobanzadə küçəsində, Yasamal rayonu Vahabzadə küçəsində qeydə alınıb.

***

Bu saata kimi daha 13 ağacın sınması faktı qeydə alınıb.

Bu barədə “Qafqazinfo”ya Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bilirilib.

Rəsmi məlumata görə, həmin ağaclar kəsilib, ərazi təmizlənib: “Küləkli hava şəraiti ilə əlaqədar operativ qruplar yaradılıb. Ağacların qırılmasına dair məlumat daxil olduqda onlar dərhal hadisə yerinə gələrək fəsadları aradan qaldırırlar.