Güclü külək daş hasarı qaz xəttinin üzərinə aşırdı - Fotolar

guclu-kulek-das-hasari-qaz-xettinin-uzerine-asirdi
Oxunma sayı: 1419

Aprelin 15-də gecə saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində əsən güclü küləyin təsirindən vətəndaşa məxsus fərdi yaşayış evinin hasarı aşıb. 

“Azəriqaz” İB-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, hasar aşarkən ərazidən keçən 57 mm diametrində olan qaz xəttinin 30 metrlik hissəsini zədələyərək dirəklərdən yerə salıb.

Təhlükəsizlik tədbirləri olaraq aprelin 25-dək evin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb, ərazidə bərpa işləri aparılır.

Qeyd edək ki, hasarı aşan evdə hazırda yaşayış yoxdur.