Güclü külək divarı ana ilə qızının üstünə aşırdı - Foto

guclu-kulek-divari-ana-ile-qizinin-ustune-asirdi
Oxunma sayı: 5009

Gəncədə güclü külək bədbəxt hadisəyə səbəb olub.

“Qafqazinfo”nun xəbərinə görə, gecə saatlarından qərb bölgəsində əsməyə başlayan güclü külək bir sıra fəsadlar törədib.

Belə ki, Gəncə şəhərində, Nizami Gəncəvi prospektində küləyin təsirindən qırmızı kərpicdən hörülən divar yoldan keçən ana və azyaşlı qızının üzərinə aşıb.

Bədən xəsarətləri alan hər iki şəxs xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Elmar Əli