Güclü külək əsəcək - Xəbərdarlıq

guclu-kulek-esecek
Oxunma sayı: 6509

Bakıda və Abşeron yarımadasında aprelin 11-i gündüz cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, Azərbaycanın rayonlarında aprelin 10-u axşamdan 12-si gündüzədək cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.