Güclü külək əsəcək - Xəbərdarlıq

guclu-kulek-esecek
Oxunma sayı: 5049

Milli Hidrometeorologiya Xidməti Azərbaycanda hava şəraiti ilə bağlı xəbərdarlıq edib. 

“Qafqazinfo” xəbər verir ki,  Bakıda və Abşeron yarımadasında mayın 18-də gündüz  şimal-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın şimal və qərb rayonlarında mayın 18-i gündüz əsasən şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.