Güclü külək Mingəçevirdə də fəsad törətdi - Foto

guclu-kulek-mingecevirde-de-fesad-toretdi-foto
Oxunma sayı: 852

Güclü külək Mingəçevirdə də fəsad törədib.

"Qafqazinfo"nun məlumatına görə, təbiət hadisəsi zamanı şəhərin Müslüm Maqomayev prospektində 2 ağac piyada səkisinə aşıb. Şəhərin Nəriman Nərimanov küçəsində yerləşən 1 saylı tam orta məktəbin qarşısında isə iri ağac budağı 37 yaşlı qadının üzərinə düşüb. Şəhər sakini Səbinə Ağasıyeva başından xəsarət alaraq, xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilib.

Bundan əlavə, şəhərdə qamışlıq ərazidə yanğın baş verib. Külək alovu ətrafa yaysa da, yanğını lokallaşdırmaq mümkün olub.

Elmar Əli