Güclü küləyin fəsadları - Fotolarda

guclu-kuleyin-fesadlari
Oxunma sayı: 4608

Bu gün saat 17:00-dan başlayaraq əsən güclü külək Tərtər rayonunda bir sıra fəsadlar törədib.

“Qafqazinfo” xəbər verir ki, küləyin təsirindən iri gövdəli ağaclar aşaraq Tərtər şəhərində və kənd yaşayış məntəqələrində vətəndaşlara məxsus yaşayış evlərinin dam örtüyünə ciddi ziyan vurub.

Həmçinin, rayonun elektrik təsərrüfatına ziyan dəyib. Tərtər şəhəri ərazisində işıqlanma dirəkləri aşıb. Elektrik dirəklərinin aşması nəticəsində isə Tərtər şəhəri ərazisinə və bir sıra kəndlərə enerjinin verilişində fasilələr yaranıb.

Hazırda rayon Fövqəladə Hallar Komissiyası tərəfindən dəymiş ziyanın dəqiqləşdirilməsi və aradan qaldırılması istiqamətində iş aparılır.

Güclü külək Ağdam və Bərdə rayonlarında da bir sıra fəsadlar törədib.