Güclü partlayış 10 nəfərin həyatına son qoydu

guclu-partlayis-10-neferin-heyatina-son-qoydu
Oxunma sayı: 1174

Suriyanın Raqqa şəhərində terrorçu-kamikadze tərəfindən avtomobil partladılıb.

“Qafqazinfo” “Associated Press”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər həlak olub. Onlardan 5-i "Suriya demokratik qüvvələri" dəstəsinin nümayəndəsi, 5-i isə dinc sakin olub.

Hələlik məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.