Bakıda davam edən güclü qara baxmayaraq Heydər Əliyev Beynəlxalq Hava Limanının işində heç bir problem müşahidə olunmur.
”Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə hava limanından deyiblər.
Məlumata görə, hazırda təyyarələrin yola salınması və qəbulu normal rejimdə həyata keçirilir.
Qeyd edək ki, Abşeron yarımadasında havanın temperaturu gecə 0-3 şaxta, gündüz 0-2 isti, Bakıda gecə 0-2 şaxta, gündüz 0-2 dərəcə isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.
Son xəbərlər
Son Xəbərlər