Güclü qar Şamaxıda bir ailəni evsiz qoyub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Şamaxının Qızmeydan kəndində, kənd sakini Cəbrail Cəbiyevə məxsus yeni tikilmiş ikimərtəbəli yaşayış evində baş verib.
Belə ki ,bu gün ev sahibləri evdə olduğu vaxt qarın ağırlığına tab gətirməyən tikilinin dam örtüyü uçub, ev qəzalı vəziyyətə düşüb.
Hadisə zamanı evin ikinci mərtəbəsi tamamilə dağılıb, bircinci mərtəbəsində yeni təmir olunmuş otaqlara ziyan dəyib. Otaqların divarlarındə çatlar yaranıb. Evin tavanı, döşəməsi və evin içindəki əşyalar suyun altında qalıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Mübariz Muradov




Son xəbərlər
Son Xəbərlər