Güclü qar elektrik enerjisi təchizatında problem yaratmayıb

guclu-qar-elektrik-enerjisi-techizatinda-problem-yaratmayib
Oxunma sayı: 743

Güclü qar ölkənin heç bir yerində elektrik enerjisi təchizatında problem yaratmayıb. Hava şəraitinin kəskin dəyişməsi, qarlı keçməsi istehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsinə təsir etməyib.

Bunu “Qafqazinfo" href="http://www.qafqazinfo.az/etrafli-axtaris?search_word=Qafqazinfo" target="_blank">Qafqazinfo”ya açıqlamasında “Azərişıq” ASC" href="http://www.qafqazinfo.az/etrafli-axtaris?search_word=%E2%80%9CAz%C9%99ri%C5%9F%C4%B1q%E2%80%9D+ASC" target="_blank">“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. Bildirib ki, qış mövsümünə hazırlıq məqsədilə iri miqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilib: "Rayon mərkəzlərində, qəsəbə və kəndlərində olan istehlakçıların etibarlı, təhlükəsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün yararsız, istismar müddəti başa çatmış avadanlıq müasir tipli avadanlıqlarla əvəz olunub, uzun illər istismar olunan agac dayaqlar yeni dəmir və dəmir beton dayaqlarla əvəzlənib, yararsız vəziyyətə düşmüş və heç bir standarta uygun gəlməyən alüminium naqillər özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz olunub. Görülmüş tədbirlər nəticəsində, belə qarlı havalarda onminlərlə abonentin elektrik enerjisinə olan təlabatını vaxtlı-vaxtında ödəyirik".