Güclü yağışlar Şamaxı yollarına ziyan vurdu - Fotolar

guclu-yagislar-samaxi-yollarina-ziyan-vurdu
Oxunma sayı: 3021

Bu gün yağan güclü yağışlar Şamaxı rayonunda bir sıra fəsadlar yaradıb.

“Qafqazinfo” xəbər verir ki, yağan leysan xarakterli güclü yağışlar nəticəsində yaranmış sel rayonun Ərçiman, Talışnuru, Dəmirçi, Səfalı və Zarat Xeybəri kəndlərinə gedən avtomobil yollarının Pirsaatçaydan keçən hissələrini keçilməz hala salıb, Avaxıl kəndinin daxili yollarına ziyan vurub.

Həmçinin, Şamaxı şəhərinin B.Mirzəyev küçəsində yolkənarı istinad divarı, Ərçiman və Talışnuru kəndlərində isə bir neçə internet, telefon və elektrik dirəyi aşıb.

Hazırda ərazilərdə selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən operativ tədbirlər görülür.