“Gücüm olsaydı, 5-6 dəfə ana olardım”

gucum-olsaydi-5-6-defe-ana-olardim
Oxunma sayı: 2098

“Hamı qızımın tərbiyəsindən danışır. Onun geyimləri ilə məşğul oluram. Amma xarici ölkələrdə ancaq ona kitab, qələm almağımı istəyir. Mən çox işlərimi Gülərə görə saxlamışam. Çünki övlada diqqət və qayğı göstərmək, sevgi vermək lazımdır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova deyib. Məşhur aktrisa “X maqazin” proqramla açıqlamasında yenidən ana olmaq istəyindən söz açıb: “Mənim gücüm, dayağım olsaydı, 5-6 dəfə ana olardım. Ən böyük arzum isə nənə olmaqdır”.

Bundan əlavə, M. Əsədova özünə aldığı hədiyyələrdən danışıb: “Qızılı sevirəm, geyimlərimi, hədiyyələri özüm özümə alıram. Evin həm kişisi, həm də qadınıyam”.