“Gücümüz qalmadı” - - Berti Foqts

gucumuz-qalmadi-
Oxunma sayı: 1430


“Qafqazinfo” qol.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinn baş məşqçisi Berti Foqts "Avro-2016"nın seçmə mərhələsinin ilk turunda Bolqarıstan millisinə uduzduqları oyundan sonra deyib.

Almaniyalı mütəxəssis qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Eksperimentlərinizin nəticəsi bu idi?

- Müdafiədə çətinliklər vardı. Vladimir Levin, Elnur Allahverdiyev kimi təcrübəli futbolçu yox idi.

- 70 dəqiqədən sonra oynaya bilməməyimizin səbəbi nədi?

- 10 gün ərzində futbolçularda fiziki hazırlığı yüksək səviyyəyə gətirə bilmərəm. Avrokuboklarda klubların oyunları təxirə salınır. Ona görə də bu qısa müddətə mən onların səviyyəsini qaldıra bilmərəm.

- Azərbaycan yığması bu oyunla hara gedir? Təkcə Maltanı udmaqla, AÇ-yə çıxacağıq?

- Sözsüz ki, bu matçdan sonra işimiz çətinləşdi. Mən qələbə düşünmüşdüm. Amma belə olmadı.

- Son görüşlərdən sonra millini gələcəyinə dair ümidləriniz var?

- Əlimizdə olan futbolçulardan istifadə etməliyəm. 4 braziliyalı futbolçudan yararlana bilmərəm. İşimiz çoxdur. Mən gənclərə inanıram.