“Keşlə”nin baş məşqçisi Yuri Maksimov Topaz Premyer Liqasının 23-cü turunda səfərdə “Sumqayıt”a 1-2 hesablı məğlubiyyətdən sonra fikirlərini bölüşüb.
“Qafqazinfo” xəbər verir ki, ukraynalı mütəxəssis oyunu belə şərh edib:
“Üç gün öncə Azərbaycan kubokunda üz-üzə gələn komandalar qarşılaşmışdı. Deməzdim ki, ciddi hazırlaşmamışdıq. Bəzi yerli oyunçulara şans vermişdik. Gücümüzü kubokdakı cavab görüşünə saxlamışıq”.
- Hakimlikdən narazı qalmadınız?
- Hakimliklə bağlı etirazım yoxdu. Necə lazımdısa, elə də idarə etdi. İkicni qolun oyundankənar epizoddan vurulduğunu söyləyirlər. Təkarara baxmaq lazımdı.
- Kubokun cavab matçında “Sumqayıt”a qarşı hansısa sürpriz olacaq?
- Heyət və taktiki planda dəyişikliklərin olması mümkündü.
Son xəbərlər
Son Xəbərlər