Heydər Əliyev sarayının qarşısındakı parkda Gül Bayramı üçün quraşdırılan çadırlar artıq tam yığışdırılıb.
“Qafqazinfo” xəbər verir ki, buna səbəb bu ildən etibarən bayramın formatında müəyyən dəyişikliklərin edilməsi ilə bağlıdır.
Belə ki, artıq hər il mayın 10-da Bakı şəhərinin bütün park, bağ və xiyabanlarında yaşıllaşdırma işləri və güləkmə mərasimi, abadlaşdırma iməcilikləri təşkil olunacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl bayramla əlaqədar sözügedən parkda hazırlıq işləri başlamışdı. Son cəbhə hadisələrində həlak olan şəhidlərin 40 mərasimi bayram gününə təsadüf etdiyi üçün sosial şəbəkə iştirakçıları tədbirin keçirilməsinə etirazlarını bildirmişdilər.
Günel Hacı

Son xəbərlər
Son Xəbərlər