“Gül bayramı”na görə bu yol bağlandı- - Sürücülərin nəzərinə

gul-bayramina-gore-bu-yol-baglandi-
Oxunma sayı: 1816


“Qafqazinfo” NİİM-in səhifəsinə istinadən xəbər verir ki, "Gül bayramı"na hazırlıq işləri ilə əlaqədar Bülbül prospektinin Füzuli küçəsi ilə kəsişməsindən Şəmsi Bədəlbəyli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində (Heydər Əliyev sarayının qarşısı) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. 

Sürücülərə alternativ olaraq Səməd Vurğun küçəsindən istifadə etmələri tövsiyə edilir.