“Gül Bayramı”na görə yollar bağlanıb

gul-bayramina-gore-yollar-baglanib
Oxunma sayı: 2352


“Qafqazinfo” Azvision.az-a istinadən xəbər verir ki, paytaxtın Füzuli küçəsinin Bülbül prospekti ilə kəsişməsindən Şəmsi Bədəlbəyli küçəsi ilə kəsişməsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulub və istiqamət dəyişdirilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, bunu nəzərə alsınlar, sıxlığın, yol-nəqliyyat hadisələrinin yaranmaması üçün əvvəlcədən istiqamətlərini müəyyənləşdirib elə yoldan istifadə etsinlər ki, narahatlıq yaranmasın.