Türkiyənin sabiq Prezidenti Abdullah Gül bu gün İstanbuldakı Kadıköy xəstəxanasında cərrahiyyə əməliyyatı keçirib.
“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, A.Gül sağ əlinin şəhadət barmağında uzun müddət əvvəl yaranan problem səbəbindən xəstəxanaya müraciət edib.
Uğurlu əməliyyatdan sonra sabiq Prezident xəstəxanadan evə buraxılıb.
Son xəbərlər
Son Xəbərlər