Gül və Davudoğlu “Sülh Çeşməsi” hərəkatından yazdı - Fotolar

gul-ve-davudoglu-sulh-cesmesi-herekatindan-yazdi
Oxunma sayı: 6122

Türkiyənin keçmiş prezidenti Abdullah Gül və keçmiş Baş Nazir Əhməd Davudoğlu Fərat çayının şərqində başlayan “Sülh Çeşməsi Hərəkatı” ilə bağlı fikirlərini bildiriblər.

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Gül sosial şəbəkədə yazıb: 

“Türkiyənin sərhəd təhlükəsizliyini təmin etmək, bölgəmizi dinclik və sabitliyə qovuşdurmaq məqsədi ilə qəhrəman ordumuzun vəzifəsini müvəffəqiyyətlə icra edib Mehmetçiyin sağ-salamat vətənə qayıtmalarını Allahdan diləyirəm. Bölgəmizdə təmin ediləcək sülhün daimiliyi, Suriyanın ərazi bütövlüyü və siyasi birliyi əsas götürülərək, böyük qüvvələrin qlobal hesabları və mənfəətindən asılı olmayan diplomatiya ilə də təmin edilə biləcəyi də unudulmamalıdır”.

Davudoğlu isə yazıb:  “Türk Silahlı Qüvvələrinin “Sülh Çeşməsi Hərəkatı”nın bölgəyə sabitlik, təhlükəsizlik gətirməsini diləyirəm. Ümid edirəm ki, bu əməliyyat Suriyadakı qardaşlarımıza da sülh və təhlükəsizlik gətirəcək. Allah hərəkata qatılan bütün əsgərlərimizi qorusun”.