Gülağa Aslanlı əməliyyat olundu

gulaga-aslanli-emeliyyat-olundu
Oxunma sayı: 1705

Müsavat Partiyasının Aparat rəhbəri Gülağa Aslanlı əməliyyat olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə partiyanın başqanı Arif Hacılı məlumat yayıb. O qeyd edib ki, G. Aslanlı ötən gün səhər saatlarında səhhətində yaranan problemlə bağlı həkimə müraciət edib:

“Bakı Sağlamlıq Mərkəzində ürəyinə iki stend qoyulub. Əməliyyat uğurla keçib. Səhhəti normaldır. Özünü yaxşı hiss edir. Bu gün xəstəxanadan evə buraxılacaq”.

Günel Türksoy