“Gülayın geyimlərinin satışı" adlı səhifə artıq bir neçə gündür ki, “İnstagram”da fəaliyyət göstərir. Bu səhifə köməkçim tərəfindən idarə olunur. Çoxları sual edir ki, nə üçün bu addımı atmışam. Bəlkə, kiməsə qəribə gələ bilər, mən sırf xeyirxahlıq naminə bunu etdim. Yəni istədim ki, qarderobumda istifadə etmədiyim geyimlərin satışından əldə olunacaq gəliri birbaşa ehtiyacı olan insanlar üçün xərcləyim. Onsuz da mütəmadi olaraq həyat yoldaşım Kamil Zeynallı ilə birlikdə qocalar evinə, qayğıya ehtiyacı olan uşaqların yaşadıqları internat məktəblərinə baş çəkirik. Mən demirəm ki, Azərbaycanda sırf bir ilkə imza atdım deyə libaslarımı satışa çıxardım. İnananlar inansın, şübhə ilə yanaşanlar da özləri bilər. Geyimlərdən əldə olunacaq pullar son qəpiyinə qədər xeyriyyə məqsədi ilə xərclənəcək. Mən bu mövzuya bir daha qayıtmaq istəmirəm. Allah hər kəsin ürəyinə görə versin”.
Könül
Son xəbərlər
Son Xəbərlər