Gülay Zeynallıya vəzifə verildi

gulay-zeynalliya-vezife-verildi
Oxunma sayı: 7315

Müğənni Gülay Zeynallıya vəzifə verilib.

“Qafqazinfo” xəbər verir ki, Zeynallı bundan sonra Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solisti olacaq. Bu barədə o, İnstaqram hesabında məlumat verib.

Gülay Zeynallını bu vəzifəyə xalq artisti Samir Cəfərov təyin edib.

Qeyd edək ki, S. Cəfərov ötən ilin iyun ayından Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsini daşıyır.