“Gülaya qulaq asanda az qala beynimə qan sızacaqdı” - Video

gulaya-qulaq-asanda-az-qala-beynime-qan-sizacaqdi
Oxunma sayı: 6723

Əməkdar artist Elza Seyidcahan müğənni Gülay Zeynallını tənqid edib.  

“Qafqazinfo” xəbər verir ki, “Günün sədası” verilişində qonaq olan bəstəkar-müğənni bunları deyib: “Gülay mənsiz mahnını ifa edib və radioya verib. Xətrinə dəymədim. Orada deməlisən “əl çəksin kədər”, bu da deyir “əl çəssin kədər”. “Çəssin” sözü var? Mən də maşında qulaq asanda az qala beynimə qan sızsın. Bəstəkaram axı...”.

Seyidcahan Zeynallıya satdığı bəstə ilə bağlı aralarında yaşanan anlaşılmazlıqdan da danışıb: “Gedib brend geyinirsiniz, qəşəng, “ledilər” geyinənləri geyinib, özünüzü “ledi” kimi göstərirsiniz. Ədəbi dilimizi də belə qoruyun. Mənə də instaqramda yazıb ki, pul verib almışam, ürəyim nə vaxt istəyəcək, oxuyacağam. Mahnıya da az pul verib. Deyib, gücüm çatmır, mən də gücü çatan qədər aldım. Onun “pul vermişəm, kefim istəyəndə oxuyacağam” sözü xətrimə dəyib”.

Həmçinin oxuyun: “Satmısınız, mən də almışam” - Mahnı qalmaqalı