Gülbən Ergən bu sözlərini satışa çıxardı

gulben-ergen-bu-sozlerini-satisa-cixardi
Oxunma sayı: 3470

Türkiyənin pop ulduzu Gülbən Ergən bir müddət öncə jurnalistlərə açıqlamasında səsləndirdiyi “Unutmayın ki, mənə heç nə olmaz” sözlərini hərraca çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, müğənninin NFT yolu ilə (NFT rəqəmsal varlıqların satışının həyata keçirildiyi sistemdir. NFT (Non Fungible Token) dəyişməz token deməkdir - red.) satışa çıxardığı fikirdən əldə olunan gəlir xeyriyyə məqsədilə istifadə olunacaq. 

“Maqazin aləmində və internetdə trend olan “Unutmayın ki, mənə heç nə olmaz” cümləsi rəqəmsal dünyada həyatına davam etmək üçün # NFT-yə çevrilir. NFT seriyamızın ilk versiyası Rarible-da hərraca çıxarıldı”,- deyə Ergən tvitterdə qeyd edib.