Gülbenin eks-ərinin cəzası məlum oldu

gulbenin-eks-erinin-cezasi-melum-oldu
Oxunma sayı: 1813

Məşhur türkiyəli müğənni Gülben Ergenin keçmiş əri Erhan Çelikə 2 illik həbs cəzası verilib. 

“Qafqazinfo” xəbər verir ki, sənətçinin iddiası ilə açılan cinayət işinə görə Çelik özəl həyata aid görüntüləri və səsləri yaymaqda ittiham edilirdi. 

Məhkəmə hökmün oxunmasını təxirə salıb. Eyni zamanda cəzanı 1 il 8 aya endirən hakim Erhan Çelikin 5 il polis nəzarətində olacağı ilə bağlı da qərar verib. 

Hakim güzəşti ittiham olunan Çelikin şəxsi keyfiyyətlərini, məhkəmədəki davranışlarını əsas gətirərək etdiyini bildirib.