Türkiyəli müğənni Gülbən Ərgənin həyat yoldaşı Erhan Çelikə vəzifə verilib.
"Qafqazinfo" xəbər verir ki, o, TRT 1 Xəbərlər Departementinin rəhbəri təyin olunub.
Əvvəlcə, Çelikin sentyabr ayında efirə çıxacağı və xəbərlər proqramını aparacağı açıqlanıb.
Türkiyədə iyulun 15-də baş verən hadisələrdən sonra Erhan Çelikə yeni vəzifə etibar olunub.
O, həm xəbər spikeri, həm də TRT xəbərlər departamentinin rəhbəri olacaq.
E. Çelik bu gün ilk dəfə olaraq xəbərlər proqramını aparacaq.




Son xəbərlər
Son Xəbərlər