“Qafqazinfo” xəbər verir ki, belə bir iddia ilə Türkiyə prezidentinə yaxınlığı ilə tanınan “Sabah” qəzeti çıxış edib. Qəzetin yazdığına görə, kəşfiyyat orqanları Gülənin adamı olan Emre Uslu adlı şəxslə CHP-nin gizli ittifaqını üzə çıxarıb. Məlum olub ki, parlament seçkilərində Ərdoğanın fikrini yayındırmaq məqsədi ilə qızına qarşı sui-qəsd törətmək planlaşdırılıb. Sümeyyanın öldürmək üçün ABŞ-dan xüsusi qatilin tutulduğu da iddia edilir. CHP ilə tvitter vasitəsilə əlaqə quran həmin şəxsin seçkiləri qazandıqları halda istədikləri qədər pulla təmin ediləcəklərinin vədini verdiyi, həmçinin “İsrail, ABŞ-ın qarşısında yalançı durumuna düşməyək” dediyi məlum olub.
Son xəbərlər
Son Xəbərlər