Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunan Fətullah Gülən qalmaqallı açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, hazırda Pensilvaniyada yaşayan Fətullah Gülən “CNN İnternationa” a müsahibə verib.
Sualları cavablandıran Gülən Türkiyədə 15 iyulda baş verən dövlət çevrilişi cəhdini “teatr, Hollivud filmi kimi” adlandırıb. Bundan əlavə, Fətullah Gülən çevriliş cəhdinin təşkilatçısı iddialarını rədd edərək "Əgər ortada mənim bu işə qarışmağıma dair dəlil varsa, dərhal Türkiyəyə qayıdıram" sözlərini işlədib.
Onun müsahibəsi və səsləndirdiyi ifadələr Türkiyə mediasında birmənalı qarşılanmayıb və F. Gülənin sözləri “alçaqlıq, tərbiyəsizlik” kimi qiymətləndirilib.
Son xəbərlər
Son Xəbərlər