“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan görüş əsnasında Obamadan Fətulla Gülənin ya deportasiya edilməsini, ya da Türkiyəyə təhvil verilməsini istəyəcəyini bildirib:
“Hər şey ortadadır. Türkiyəyə “əldə sübut olmadan nə edəcəksiniz?” deyənlər var. Əslində isə hər şey, dinləmələr, səs yazıları ortada. Bir ölkənin baş naziri dinlənildi, nazirləri dinlənilir, bundan daha böyük sübut ola bilər?
Hazırda bu adamlar bütün elektron cihazları qaçırmağa çalışaraq dəlilləri yox etmək istəyirlər. Bunlar bir cəsusluq şəbəkəsi yaradınlar. Bütün bu işlərin mərkəzləndiyi nöqtə isə Pensilvaniyadır. Madam ki, Amerika ilə strateji ortağıq, siz necə zaman-zaman bizdən bəzi terrorçuları istəyirsiniz və biz veririksə, indi də biz sizdən istəyirik. Ya onu deportasiya edin, ya da bizə verin. Gəlsin ölkəsində yaşasın. İdarə edəcəksə, buradan idarə etsin, siyasətə soyunacaqsa, burada soyunsun”.
Son xəbərlər
Son Xəbərlər